
Prezident Administrasiyası
Elçin Əmirbəyov: Ermənistanın Gəncəni raket atəşinə tutması onun münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi
Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Amma Ermənistan hətta mülki əhaliyə qarşı hücumlarını davam etdirir.
Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə söyləyib.
Elçin Əmirbəyov qeyd edib ki, Ermənistanın ötən gecə Gəncəni raket atəşinə məruz qoyması onun münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır.