11
October

11 Oktyabr

Prezident Administrasiyası

Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistanın bu hücumlarını qınamalı, ona sanksiyalar tətbiq etməlidirlər

Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur.

Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən brifinqdə bildirib.

Elçin Əmirbəyov deyib: “Əgər beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik. Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər. İlk növbədə, beynəlxalq təşkilatlar bu hücumları qınamalı, Ermənistana sanksiyalar tətbiq etməlidirlər.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.