Orduya dəstək
Moskvanın Food Sity agroklasterində fəaliyyət göstərən azərbaycanlılardan ordumuza dəstək
Moskvanın Food Sity agroklasterində fəaliyyət göstərən azərbaycanlılar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 105 min manat ianə edib. Maliyyə vəsaitindən əlavə olaraq orduya lazım olan ləvazimatlar da göndərilib.
Moskvada çalışan azərbaycanlılar müzəffər Azərbaycan Ordusunun tezliklə tam qələbə qazanacağına əmindirlər və hər zaman ona dəstək verməyə hazırdırlar. Soydaşlarımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan orduya davamlı şəkildə yardım edəcəklərini bildiriblər.
Hər şey Vətən üçün! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.