07
Oktyabr

7 Oktyabr

Orduya dəstək

Əmanətlərin Sığortalanması Fondu Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər davam etməkdədir.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirilib ki, qurumun kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna yardım məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib. Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq qida, geyim və digər vacib ləvazimatlar ilə yardım göstəriblər.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.