Zəfərin yolu
Balakən rayonunun girişində, Katex kəndinin ərazisində yerləşən “Qoşa Qala qapısı” Müzəffər Ordumuzun Qarabağ cəbhəsindəki uğurlarının şərəfinə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Milli memarlıq üslubunda yerli tikinti materialları və çay daşından inşa edilən “Qoşa Qala qapısı”nın eni 26, hündürlüyü isə 15 metrdir. Balakənin rəmzinə çevrilən bu abidə rayonun girişinə xüsusi yaraşıq verərək, gələn qonaqlarda xoş təəssürat yaradır. Abidənin gecə görünüşü xüsusilə diqqəti cəlb...
Bu günlərdə Azərbaycan xalqı taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edir. Əzəli Azərbaycan torpaqları düşmən tapdağından azad olunur. Döyüş meydanında bu tarixi qəhrəman əsgərlərimiz yazır. Müharibə şəraitində vətəndaşlarımızın ordumuza sevgisi təqdirəlayiqdir. Ordumuza mənəvi dəstək olmaq məqsədilə ölkəmizdə “Əsgərə məktub” layihəsi həyata keçirilir.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli bildirib ki, idarənin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin kənd filiallarının...
Ukraynada “Facebook” sosial şəbəkəsində gənclər arasında #УкраїнаПідтримуєАзербайджан (Ukrayna Azərbaycanı dəstəkləyir) həştəqi altında fləşmob keçirilir. Tədbir çərçivəsində ukraynalı gənclərin nümayəndələri qısa videolar hazırlayır, bu videoçarxlarda Azərbaycana dəstəklərini ifadə edərək öz mövqelərini əsaslandırırlar.
Bu fləşmob ukraynalı fəal Marina Qonçarukun təşəbbüsü ilə keçirilir. O, özünün videomüraciətində Dağlıq Qarabağ münaqişəsinin tarixindən, onun beynəlxalq hüquq normaları kontekstində qiymətləndirilməsindən söhbət açır. M.Qonçaruk ukraynalı gəncləri öz mövqelərini fəal ifadə etməyə...
Erməni işğalı altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda bir aydan çoxdur ki, davam edən Vətən müharibəsində vətəndaşlarımızın Şanlı Azərbaycan Ordusuna sevgisi təqdirəlayiqdir. Ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının keçirdiyi “Əsgərə məktub” layihəsi Qəbələ rayonunda da uğurla davam edir.
Rayon icra hakimiyyətindən bildirilib ki, layihə çərçivəsində rayon sakinləri Qəbələ “ASAN xidmət” mərkəzi tərəfindən ayrılmış...
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.
Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00...
YAP Səbail rayon təşkilatının gəncləri “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşularaq bu günlərdə hərb tariximizin ən şərəfli səhifələrini yazan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitlərinə məktublar ünvanlayıblar.
YAP Səbail rayon təşkilatından bildiriblər ki, gənclər məktublarında qanları və canları ilə müqəddəs Vətən torpağını mənfur düşmən tapdağından azad edən, Azərbaycan xalqına şanlı qələbələr bəxş edən rəşadətli əsgərlərimizə dualarını, səmimi ürək sözlərini, dəstək mesajlarını...