03
Noyabr

3 Noyabr

Orduya dəstək

Balakənin “Qoşa Qala qapısı” Azərbaycan bayrağının rənglərinə bürünüb

Balakən rayonunun girişində, Katex kəndinin ərazisində yerləşən “Qoşa Qala qapısı” Müzəffər Ordumuzun Qarabağ cəbhəsindəki uğurlarının şərəfinə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli memarlıq üslubunda yerli tikinti materialları və çay daşından inşa edilən “Qoşa Qala qapısı”nın eni 26, hündürlüyü isə 15 metrdir. Balakənin rəmzinə çevrilən bu abidə rayonun girişinə xüsusi yaraşıq verərək, gələn qonaqlarda xoş təəssürat yaradır. Abidənin gecə görünüşü xüsusilə diqqəti cəlb edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.