03
Noyabr

3 Noyabr

Orduya dəstək

Ukraynada Azərbaycana dəstək məqsədilə gənclər fləşmobu keçirilir

Ukraynada “Facebook” sosial şəbəkəsində gənclər arasında #УкраїнаПідтримуєАзербайджан (Ukrayna Azərbaycanı dəstəkləyir) həştəqi altında fləşmob keçirilir. Tədbir çərçivəsində ukraynalı gənclərin nümayəndələri qısa videolar hazırlayır, bu videoçarxlarda Azərbaycana dəstəklərini ifadə edərək öz mövqelərini əsaslandırırlar.

Bu fləşmob ukraynalı fəal Marina Qonçarukun təşəbbüsü ilə keçirilir. O, özünün videomüraciətində Dağlıq Qarabağ münaqişəsinin tarixindən, onun beynəlxalq hüquq normaları kontekstində qiymətləndirilməsindən söhbət açır. M.Qonçaruk ukraynalı gəncləri öz mövqelərini fəal ifadə etməyə və bu mürəkkəb, lakin ölkənin ərazi bütövlüyünün bərpasının tarixi cəhətdən belə mühüm dövründə Azərbaycan xalqını dəstəkləməyə çağırıb.

Fləşmoba, həmçinin Ukraynada yaşayan digər xalqların nümayəndələri də qoşulub. Ukraynanın gürcü gənclərinin təmsilçisi David Qogiya deyib: “Mən Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqını dəstəklədiyimizi bildirmək istəyirəm. Bu gün dünyada beynəlxalq hüquq normalarının pozulmasına, ilhaq, işğal və digər hərbi əməllərlə dövlət sərhədlərinin pozulmasına yol verilməməlidir. Mən tərəfləri beynəlxalq hüququn dəqiq müəyyən edilmiş çərçivələrində dinc yanaşı yaşamağa çağırıram. Mən Azərbaycan xalqına onun öz tarixini, ərazilərini və gələcəyini qorumaq səylərinə görə hörmət bəsləyirəm. Ukraynalılar da azərbaycanlılar kimi, gürcülər kimi öz sərhədlərinin pozulması və ərazilərinin bir hissəsinin işğal edilməsi problemi ilə qarşılaşıblar. Çağdaş dünyada bu, yolverilməzdir. Azərbaycan daim Ukraynanı, həmçinin Gürcüstanı onların ərazi bütövlüyü məsələsində dəstəkləyib. Ukrayna da həmişə Azərbaycanı dəstəkləyəcək. Hamımıza sülh arzulayıram”.

Ukraynalı gənc fəallar, şairlər və gənclərin digər nümayəndələri fləşmoba qoşulublar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.