17
Oktyabr

17 Oktyabr

İsveçdəki həmyerlilərimiz dövlətimizə və əsgərimizə dəstək mitinqi keçiriblər

İsveçdəki Azərbaycan diasporu, Dağlıq Qarabağda baş verən toqquşma və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə edilən raket hücumuna cavab olaraq Stokholmun Sergel meydanında dövlətimizə və əsgərimizə dəstək mitinq keçirib.

Mitinqə toplaşan yüzlərlə həmvətənlimiz, habelə türk və digər icmaların nümayəndələri ölkəmizin haqq səsinin İsveçdə eşidilməsi üçün İsveç, ingilis və Azərbaycan dillərində bir neçə bəyanat oxuyublar.

Bəyanatlarda, Azərbaycanın Ermənistan silahlıları tərəfindən işğal olunmuş ərazilərində...

17
Oktyabr

17 Oktyabr

Vyanada Azərbaycana dəstək aksiyası keçirilib

Avstriyadakı Azərbaycan icmasının nümayəndələri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatları, mülki əhaliyə qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq oktyabrın 17-də Vyana şəhərində hökumət qurumları və ATƏT-in yerləşdiyi Heldenplatz meydanında mitinq keçiriblər.

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) rəsmi qurumlara müraciəti əsasında keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız, burada təhsil alan tələbələr, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak...

17
Oktyabr

17 Oktyabr

Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir 

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir.

Keçirilən tədbirlər cəbhəboyu...

17
Oktyabr

17 Oktyabr

İzmirdə yaşayan soydaşlarımız Gəncədə törədilən terror aktlarına etiraz ediblər

Qardaş Türkiyə Respublikasının İzmir şəhərində yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına kəskin etiraz əlaməti olaraq aksiya keçiriblər.

İzmirdə fəaliyyət göstərən “Can Azərbaycan” platforması adı altında birləşən 50-yə yaxın qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Fransa Respublikası konsulluğunun qarşısında baş tutub.

Aksiyada “İşğalçı dövləti...

17
Oktyabr

17 Oktyabr

Almaniya azərbaycanlıları ayağa qalxıb

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox soydaşımızın iştirakı ilə aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər.

Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən...

17
Oktyabr

17 Oktyabr

Balakənli gənclər “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya keçiriblər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin həyata keçirdiyi layihələr içərisində vətənpərvərlik mövzusu xüsusi yer tutur. Bu da təsadüfi deyildir. Ermənistan silahlı qüvvələrinin son təxribatlarına cavab olaraq işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda müharibənin davam etdiyi bir vaxtda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev bildirib ki, gənclərin iştirakı ilə reallaşan...

17
Oktyabr

17 Oktyabr

Qızıl medalını ordumuza dəstək üçün hərraca çıxardı

Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı və vətənpərvər təşəbbüslə çıxış edib.

Millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində qazandığı qızıl medalı hərraca çıxarmağa hazırlaşdığını deyib: “Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum.

Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz Vətənə...