17
Oktyabr

17 Oktyabr

Orduya dəstək

Balakənli gənclər “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya keçiriblər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin həyata keçirdiyi layihələr içərisində vətənpərvərlik mövzusu xüsusi yer tutur. Bu da təsadüfi deyildir. Ermənistan silahlı qüvvələrinin son təxribatlarına cavab olaraq işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda müharibənin davam etdiyi bir vaxtda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev bildirib ki, gənclərin iştirakı ilə reallaşan “Adları dəyişməklə tarix dəyişmir” adlı aksiya doğma Qarabağımızı daha yaxından tanımaq və tanıtmaq məqsədi daşıyıb. Aksiya zamanı gənclər düşmən tərəfindən işğal edilmiş rayonların əsl tarixi adlarının qeyd olunduğu plakatları şəhərin müxtəlif yerlərində nümayiş etdiriblər.

Aksiya vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.