17
Oktyabr

17 Oktyabr

Orduya dəstək

Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir 

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.