17
Oktyabr

17 Oktyabr

Orduya dəstək

Qızıl medalını ordumuza dəstək üçün hərraca çıxardı

Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı və vətənpərvər təşəbbüslə çıxış edib.

Millimizin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində qazandığı qızıl medalı hərraca çıxarmağa hazırlaşdığını deyib: “Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum.

Doqquz illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz Vətənə və ordumuza dəstək üçün bütün fədakarlıqları etməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik”.

R.Hüseynov təkcə bir idmançı və vətəndaş kimi deyil, həm də Silahlı Qüvvələrimizin zabiti kimi Romada qazandığı və onun üçün çox əziz olan qızıl medalı hərraca çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazırlaşdığını vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.