01
Oktyabr

1 Oktyabr

Orduya dəstək

“Ulu Aqro” MMC-nin Qax Aqroparkı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb

“Ulu Aqro” MMC-nin Qax Aqroparkı Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

“Ulu Aqro” MMC-nin Qax Aqroparkı bu şərəfli dövrdə Silahlı Qüvvələr Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.