Zəfərin yolu
Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. Onlar insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərdən başqa, qədim və tarixi abidələrə qarşı da özünəməxsus soyqırımı törədib və yaxud onları erməniləşdirməyə çalışıblar.
Bu...
Müdafiə Nazirliyinin yaydığı həmin videonu dünən ilk dəfə televizorda izlədim. Gözlərimə inanmadım. İşdən gəlib yorğun yatan atasını oyatdım ki, oğlumuzu televizorda göstərirlər. Qızlarım da gəldi. Televizoru digər kanala çevirdim, gördük oradan da həmin videoçarxı göstərirlər. Gözlərim doldu. Oğlumla fəxr edirəm!
İnşallah bütün işğaldakı torpaqlarımız azad olunsun. Bütün əsgər balalarımız evlərinə sağ-salamat qələbə ilə dönsünlər.
Bu sözləri qəhrəman topçumuz Vüsal...
Ermənistan silahlı qüvvələri noyabrın 4-də gecə və səhər saatlarında Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Rayon ərazisinə 60-dan çox mərmi atılıb. Əsasən əkin sahələrinə düşən mərmilər sakinlərin təsərrüfatlarına ziyan vurub.
Kənd sakini Vüqar Quliyev deyib: "Kəndimiz bu gün səhər yenidən artilleriya atəşinə tutulub. Həmin vaxt sahədə qoyunları otarırdım. Mərmilərdən biri yaxınlıqda partladı. Nəticədə...
Hazırda dünyada Azərbaycan Türkiyə kimi bir-birinə bu qədər yaxın olan ikinci bir dövlət nümunəsi göstərmək mümkün deyil. Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin "Bir millət iki dövlət” ifadələri Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığına, əbədiliyinə südutdur.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili...
Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir dövlət yoxdur.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə dostluğunun qədim tarixi var:
“Biz bir millət, iki dövlət deyimini...
Bunu Qarabağlı aktrisa Fatma Mahmudova müzəffər Ordumuzun uğurlu döyüşlərindən danışarkən deyib. Ağdamda anadan olan Xalq artisti bildirib ki, birinci Qarabağ müharibəsi zamanı gördüyü dəhşətləri hələ də unutmayıb.
“Həmişə qələbə xəbərlərini gözləyirəm və inanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə hər şey əla olacaq. Göydə Allaha, yerdə ona sığınmışıq. Dövlətimiz, başçımız nə deyirsə, biz də ona hazırıq. Səbr etmək lazımdır, hər şeyi birdən...
“Prezident İlham Əliyevin noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsi Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, bu cür müsahibələr həm də Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi uğurların siyasi- diplomatik müstəvidə gücləndirilməsi məqsədlərinə xidmət edir:
“Çünki hərbi uğurların diplomatik cəbhədə davam etdirilməsi hazırki mərhələdə ən aktual...
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım yerli mediaya müsahibə verib.
- Şamil bəy, Azərbaycana xoş gəlmisiniz. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən müharibəsi gedir, bu barədə fikirlərinizi bilmək istərdik.
- Təşəkkür edirəm. Əlbəttə ki, bizim və can Azərbaycanımızın qanlı yarası Qarabağdır. Hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ən yüksək səviyyədə dəstəyi Türkiyə dövlətinin, 83...
Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost və qardaş Azərbaycanın mövqeyini dəstəklədiklərini vurğulayaraq Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı məsələnin tezliklə həll olunacağına ümidvar olduqlarını dilə gətirib.
Qətər səfiri, həmçinin Qətərlə Azərbaycan arasındakı...