21
Oktyabr

21 Oktyabr

Yerli media

Pakistanlı jurnalist: Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır (Azərtac)

Azərbaycan xalqı sülhsevər xalqdır. Bu ölkə həmişə sülh istəyib. 27 il sülh arzusu ilə yaşayan xalqın səbri tükənib. O, torpaqlarını azad etməkdə haqlıdır. Ancaq bu gün Qərb heç də dediyi kimi sülhün bərpasında maraqlı deyil. Qərb ölkələri daima sülhdən danışırlar, ancaq sülh uğrunda ciddi səylər göstərməyib və göstərmir.

Bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında iştirak etmiş pakistanlı jurnalist Ateeq Sahibzadə deyib.

Bildirib ki, Qərb həmişə öz maraqlarına görə hərəkət edib. Ədalət, sülh unudulub. Son onilliklər ərzində baş verən müharibələrə nəzər salanda bunu aydın görmək olur. Dünyada sülh artıq maraqlara çevrilib. Müharibələrin uzun müddət davam etməsində Qərbin öz maraqları var.

Azərbaycan öz torpaqlarını - Dağlıq Qarabağ ətrafındakı 7 rayonu azad etməlidir, bu gün Azərbaycan haqq yolundadır. Əminəm ki, Azərbaycan tezliklə bütün torpaqlarını azad edəcəkdir.

A.Sahibzadə Pakistanın Azərbaycanı həmişə dəstəklədiyini deyərək, iki ölkə arasında yüksək səviyyəli sıx dostluq əlaqələrinin olduğunu vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.