21
Oktyabr

21 Oktyabr

Yerli media

Enrike Qaspar: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır (Azərtac)

Ermənistan silahlı qüvvələrinin Azərbaycanda dinc əhalini məqsədli şəkildə hədəf alması beynəlxalq hüquq normalarının, o cümlədən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Bu sözləri “Nexos” Alyansı Assosiasiyasının sədri Enrike Qaspar söyləyib.

E.Qaspar vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçı Ermənistan qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.