Yerli media
Klaudiyo Missiyeqo: Dinc əhaliyə qarşı törədilən cinayətlər barbarlıqdır (Azərtac)
Dinc əhaliyə qarşı törədilən cinayətlər barbarlıqdır.
Bu sözləri televiziya proqramlarının hazırlanması üzrə tanınmış “Grupo Secuya” şirkətinin nümayəndəsi Klaudiyo Missiyeqo bildirib.
Klaudiyo Missiyeqo deyib: “Gəncə şəhərində dinc əhaliyə qarşı müharibə cinayətlərinin törədilməsindən dərin təssüf hissi keçirirəm. Ümidvaram ki, Azərbaycanın mülki əhalisinə qarşı bu cür cinayətlər bir daha təkrar olunmayacaq”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.