Yerli media
Eduardo Quaylupo: Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı hücumlarını şiddətlə qınayırıq (Azərtac)
Azərbaycanın çətin vaxtında onun yanında olduğumuzu bildirirəm.
Bu sözləri İspaniyanın “Style International” qəzetinin Diplomatiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Eduardo Quaylupo ifadə edib.
Eduardo Quaylupo deyib: “Bunu yalnız öz adımdan və ya təmsil etdiyim mətbuat orqanının adından deyil, Latın Amerikası ictimaiyyətinin adından da söyləyirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzünü və azərbaycanlı mülki əhaliyə qarşı hücumlarının şiddətlə qınayırıq”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.