Zəfərin yolu
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin tanınmış “RiT” telekanalına (Rede Internacional de Televisão) müsahibə verib.
Diplomat müsahibəsində Ermənistanın sentyabr ayından başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlardan danışıb.
Bildirilib ki, 30 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycanın və beynəlxalq aləmin bütün sülhməramlı cəhdlərinə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə dair bütün təklifləri rədd edərək, yeni müharibənin başlanması üçün təxribatlara əl atıb. Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı...
Perunun nüfuzlu “ATV” telekanalında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi efirə gedib.
Müsahibədə səfir Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonla birlikdə Peru da daxil olmaqla beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edildiyini və burada yaşayan 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qoyulduğunu bildirib.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş...
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib. Komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib.
“Mülki yaşayış məntəqələrinə raket zərbələri dayandırılmalıdır. Azərbaycanın Bərdə şəhərinə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”, - deyən komitə sədri Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin narahatlığını bildirib. O, vəziyyətin Avropa Şurasının...
Misirin “Aldiplomasy” diplomatik portalı Azərbaycan xalqının Vətən müharibəsi haqqında silsilə xəbərlər və fotomateriallar yayıb.
Portalın baş redaktoru, tədqiqatçı-jurnalist Əşrəf Əbu Urafə bildirib ki, sentyabrın 27-dən etibarən onun rəhbərlik etdiyi kollektiv Azərbaycanın haqq işi ilə əlaqədar xəbərləri diqqət mərkəzində saxlayır. Məqalə və xəbərlərin hazırlanmasında səfirliyin mətbuat xidməti ilə sıx əməkdaşlıq şəraitində çalışdıqlarını qeyd edən jurnalist vurğulayıb ki, portalda Prezident İlham Əliyevin müsahibələri və xalqa müraciətləri, Azərbaycanın...
Almaniyanın ictimai televiziya kanalı olan “ARD”nin “Tagesschau” verilişində Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtərdən hazırladığı “Dağlıq Qarabağda müharibə” mövzusunda reportaj yayımlanıb.
Reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır. Bildirilir ki, hazırda hərbi əməliyyatların aparıldığı Qarabağ Azərbaycanın tərkib hissəsi olub və Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq hüquq tərəfindən Azərbaycanın ərazisi kimi tanınan bölgədə 4 həftədir ki, şiddətli döyüşlər gedir.
Reportajda, həmçinin Tərtər sakinləri Xalid Hümbətovun və Hicran Əmrahovanın...
Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Ermənistan-Azərbaycan cəbhəsində döyüşlərin davam etdiyi barədə məqalə yayıb.
Agentliyin Müdafiə Nazirliyinə istinadla yaydığı məlumatda ötən gün və gecə saatlarında Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, yaşayış məntəqələrini artilleriya qurğularından və raketlərdən istifadə etməklə atəşə tutduğu bildirilir.
Qeyd edilir ki, ötən gün döyüşlər əsasən Xocavənd, Fizuli və Qubadlı istiqamətində davam edib və Ermənistan silahlı qüvvələrinin əks-hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab...
Avropa İttifaqının nüfuzlu “Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Mülki əhalini qəsdən öldürmək müharibə cinayətidir: Ermənilər 80-dən artıq azərbaycanlını öldürüb” sərlövhəli məqaləsi yayılıb.
Müəllif məqalədə Ermənistan rəhbərliyinin hazırda davam edən müharibəyə səbəb olan təxribat əməlləri və işğalçı siyasəti haqqında məlumat verib.
“Yeni torpaqlar üçün yeni müharibə” hərbi doktrinasını qəbul etmiş Ermənistanın məqsədli şəkildə müharibəyə hazırlaşması və işğal edilmiş torpaqların coğrafiyasını...
Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın Azərbaycanın günahsız mülki insanlarına qarşı terror aktları” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan döyüşlərdə məğlub olan işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərində dinc əhalini hədəf alması, üç dəfə əldə olunmuş humanitar atəşkəsi pozaraq Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini ballistik raketlər və...
Özbəkistanın “interpress.uz” və “daryo.uz” portalları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı özbək və rus dillərində materiallar dərc edib.
“Interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi ilə əlaqədar məqalə verib. Görüşdə Azərbaycan Prezidenti bildirib ki, əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.
Dövlət...
Özbəkistanın “tnews.uz”, “human.uz” və ”fikr.uz” portalları Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi ağlasığmaz terror aktı, Bərdənin “Smerç” raketlərindən atəşə tutulması, ekoloji terror törətməsi barədə materiallar yayıb.
“tnews.uz” portalındakı yazıda Birləşmiş Millətlər Təşkilatının Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Nyu-Yorkda keçirdiyi brifinqdə Bərdə şəhərinin atəşə tutulmasını pislədiyi bildirilib.
“human.uz” saytı isə yazır ki, “Human Rights Watch” təşkilatı Bərdə şəhərində Ermənistanın qadağan olunmuş kaset bombalarından istifadə edildiyini...
İspaniyanın böyük oxuyucu kütləsinə malik “Diplomat in Spain” və “Style International” internet portallarında Ermənistanın Bərdəyə raket hücumları barədə məqalələr dərc olunub.
Məqalələrdə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc insanlara qarşı törədilmiş müharibə cinayəti ilə əlaqədar oktyabrın 29-da Azərbaycanın İspaniyadakı səfirliyinin inzibati binasının qarşısında xatirə guşəsi yaradıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli...