30
Oktyabr

30 Oktyabr

Xarici media

Almaniyanın ictimai televiziya kanalı olan “ARD”nin “Tagesschau” verilişində Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtərdən hazırladığı “Dağlıq Qarabağda müharibə” mövzusunda reportaj yayımlanıb.

Reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır. Bildirilir ki, hazırda hərbi əməliyyatların aparıldığı Qarabağ Azərbaycanın tərkib hissəsi olub və Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq hüquq tərəfindən Azərbaycanın ərazisi kimi tanınan bölgədə 4 həftədir ki, şiddətli döyüşlər gedir.

Reportajda, həmçinin Tərtər sakinləri Xalid Hümbətovun və Hicran Əmrahovanın müsahibələri də yer alıb. Eyni zamanda, Ermənistanın raket hücumları nəticəsində Tərtərdə dağılmış evlər və mülki infrastruktur obyektləri nümayiş etdirilib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.