30
Oktyabr

30 Oktyabr

Xarici media

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın Azərbaycanın günahsız mülki insanlarına qarşı terror aktları” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan döyüşlərdə məğlub olan işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərində dinc əhalini hədəf alması, üç dəfə əldə olunmuş humanitar atəşkəsi pozaraq Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini ballistik raketlər və qadağan edilmiş kasetli bombalarla atəşə tutması, uşaq və qadınlar da daxil olmaqla, 90-dan çox günahsız insanı qətlə yetirməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Bərdə şəhərində mülki şəxslərin qətli soyqırımı aktı və müharibə cinayətidir.

Müəllif vurğulayıb ki, beynəlxalq ictimaiyyətin Ermənistanın bu əməllərinə biganə qalması gələcək cinayətlər üçün zəmin yaradır. Səfir beynəlxalq təşkilatları və bütün dövlətləri işğalçı ölkənin bu vəhşiliklərinə lazımi qiymət verməyə çağırıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.