31
Oktyabr

31 Oktyabr

“Der Freitag” qəzetində alman şərqşünas Mixael Raynhard Hesin müsahibəsi çap olunub.

Müsahibədə bildirilir ki, Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında bir aydır döyüşlər gedir. Münaqişənin uzun tarixçəsi mövcuddur və bölgə uğrunda dəfələrlə hərbi əməliyyatlar baş verib. 30 il bundan öncə Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub və təxminən 1 milyon azərbaycanlı öz yurd-yuvalarından didərgin salınıb. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr işğal olunmuş ərazilərin dərhal...

31
Oktyabr

31 Oktyabr

Kolumbiyanın çoxmilyonlu izləyici auditoriyasına malik “Ultima Hora” internet televiziyasında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə müsahibəsi efirə gedib.

Müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzü, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal etməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar və Ermənistanın...

31
Oktyabr

31 Oktyabr

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhərlərini raket atəşinə tutması nəticəsində 90-dan çox mülki şəxs həlak olub, 400-dən artıq dinc sakin xəsarət alıb. Eyni zamanda, 2700-dən çox mülki obyektə və evə ciddi ziyan dəyib.

Bu barədə Kişineuda səfərdə olan MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovanın nüfuzlu “NOİ.md” informasiya portalına müsahibəsində bildirib.

Adil Əliyev qeyd edib ki, Ermənistanın oktyabrın 28-də Bərdə şəhərinə kasetli raket hücumu...

31
Oktyabr

31 Oktyabr

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın məşhur “TV9” kanalı və” Navbharat Times” informasiya agentliyinə iki müsahibəsində Hindistan ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələr barədə məlumatlandırıb.

E.Əmirbəyov, sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan və döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyinin atəşkəs və münaqişənin sülh yolu ilə həlli axtarışında qətiyyən maraqlı olmadığını qeyd edib. E.Əmirbəyov, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsindən uzaq...

31
Oktyabr

31 Oktyabr

Özbəkistanın “fikr.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsini dərc edib.

“Dağlıq Qarabağ resurslar məsələsi deyil, bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir” sərlövhəsi ilə verilən yazı rus dilində yayımlanıb.

Jurnalistin nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? sualına Azərbaycan Prezidenti belə cavab verib: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə...

31
Oktyabr

31 Oktyabr

“Amnesty International” Beynəlxalq hüquq müdafiə təşkilatı ilk dəfə olaraq etiraf edib ki, Ermənistan silahlı qüvvələri dünyanın bir çox ölkələrində qadağan olunmuş kasetli döyüş sursatlarından istifadə edir. Bərdə şəhəri atəşə tutularkən seçimsiz təsir göstərən mərmilərdən istifadə edilməsi qeydə alınıb.

Rusiyanın “news.ru” nəşrində dərc edilmiş material bu barədədir. Materialda qeyd edilir ki, ilk növbədə, mülki əhali üçün təhlükəli silahdan istifadə edilməsi nəinki Qarabağ münaqişəsini insanlığa zidd...

31
Oktyabr

31 Oktyabr

Efiopiyanın aparıcı və ən geniş oxucu kütləsinə malik olan “Reporter” qəzetində Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin “Azərbaycan tarixi ədaləti bərpa edir” adlı məqaləsi dərc edilib.

Azərbaycanın Efiopiyadakı səfirliyi bildirib ki, məqalədə Azərbaycana qarşı təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı vurğulanır. Bundan əlavə, yazıda qeyd olunur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı bəyanatlar, “yeni ərazilər üçün yeni müharibə” kimi ilhaqçı konsepsiya,...