Zəfərin yolu
Fransanın TF1 televiziya kanalı və onun jurnalisti Lizeron Budul erməni lobbisi tərəfindən ölümlə hədələnib.
Hər hansı bir televiziya kanalını boykot etməyə çağırış və ya jurnalistin birbaşa ölümlə təhdid edilməsinə nadir hallarda rast gəlinir. Ancaq bu gün bu asanlıqla baş verir.
Bu fikirlər Fransanın “Musulmansenfrance” və “Reflets.info” portallarında Dağlıq Qarabağla bağlı həqiqətləri deyən jurnalistlərə erməni lobbisinin hücumları, onları hədələməsinə dair yayılan “Dağlıq...
Dağlıq Qarabağda döyüş meydanında üstünlük əvvəlki kimi Azərbaycan tərəfində qalır. Prezident İlham Əliyev hər gün yeni-yeni ərazilərin və yaşayış məntəqələrinin götürüldüyünü bildirir - sonuncuların sayı artıq yüzü keçib. Belə ki, bazar günü axşam dövlət başçısı Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndini, eləcə də Qubadlı şəhərini işğaldan azad etdiyini bildirib.
Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazır.
Məqalədə qeyd olunur ki, Azərbaycanın hərbi...
Lüksemburqun “Delano” portalı bu ölkədə yaşayan azərbaycanlıların əsgərlərimizə dəstək aksiyasına dair məqalə dərc olunub.
Məqalədə Lüksemburqda keçirilən aksiyanın soydaşlarımızın ölkəmizə dəstək aksiyalarından biri olduğu və onun Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən təşkil edildiyi diqqətə çatdırılıb.
Qeyd edilir ki, azərbaycanlılar Lüksemburqun mərkəzi meydanına toplaşaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaşayış massivinin Ermənistan tərəfindən raket atəşinə tutulmasına etirazlarını bildiriblər. Qeyd ediblər ki, Ermənistanın mülki əhalini hədəfə alması...
Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Prezidenti İlham Əliyev ölkə ordusunun Qubadlı şəhərini, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərini erməni işğalından azad etdiyini bildirən məlumatı paylaşıb.
Azərbaycan Prezidentinin rəsmi “Twitter” hesabında bu barədə paylaşdığı statusu “Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! ” sözləri ilə tamamlanıb.
Bununla yanaşı, məlumatda Azərbaycan Müdafiə Nazirliyinə istinadla Ordumuzun bazar günü Ermənistanın hərbi texnikasını və döyüş sursatını məhv etməsi də əksini tapıb.
Məlumatda deyilir:...
Misirin “Aldiplomasy” saytı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində Ermənistanın baş nazirinin riyakarlığı haqqında açıqlamasını yayıb.
Materialda Azərbaycan rəsmisi Ermənistanın baş nazirinin yenidən yalan danışdığını, işğalçı ölkənin silahlı qüvvələrinin humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və onun kəndlərini atəşə tutmağa başladığını diqqətə çatdırıb.
Əlavə olaraq bildirilib: “Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan artilleriya və...
Moldovanın nüfuzlu “Tribuna” portalı Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məqalə dərc edib.
Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Ermənistan baş nazirinin humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin artilleriyadan atəşə tutulduğu qeyd olunub.
“Tərtər rayonu və ətraf...
Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycanın Qubadlı şəhərinin və rayonun bir sıra kəndlərin işğaldan azad olunması barədə materiallar yayıb.
Materiallarda Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla bildirilir ki, Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.
Saytlar, həmçinin oktyabrın 25-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə...
Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb.
Verilişin aparıcıları kanalın beynəlxalq xəbərlər departamentinin baş redaktoru İçiyo İşikava və xüsusi şərhçi Nobuhisa Deqava tamaşaçılara münaqişənin tarixi, səbəbləri, iştirakçı tərəflər barədə ətraflı məlumat veriblər.
Verilişin aparıcıları 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunublar. Qeyd ediblər ki, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi həmin qrup çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməyib.
Bildirilib ki, ötən...
Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı həyata keçirdiyi davamlı hücumlar səbəbindən bölgədə yaranmış gərginliyi gündəmdə saxlamaqda davam edir.
Prezident İlham Əliyevin oktyabrın 26-da Azərbaycan xalqına müraciəti Türkiyə KİV-ləri tərəfindən sürətlə yayılıb. Dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər, vəziyyətə dair mühüm məlumatlar, dünya ictimaiyyətinə ünvanlanan əhəmiyyətli mesajlar ayrı-ayrı media orqanları tərəfindən sərlövhəyə çıxarılıb, telekanallar tərəfindən subtitr vasitəsilə təqdim olunub. Azərbaycan torpaqlarının işğalçılardan azad...
Oktyabrın 25-də Vaşinqtonda ABŞ hökumətinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda döyüşlərdə əldə edilən növbəti humanitar atəşkəs barədə razılaşma Yaponiya KİV-lərinin də diqqət mərkəzindədir.
Yaponiyanın mərkəzi NHK telekanalı, JIJI PRESS informasiya agentliyi, “Nikkei” və “Tokyo” kimi nüfuzlu qəzetləri oktyabrın 24-də və 25-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin vasitəçiliyi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə aparılan danışıqlar barədə ətraflı məlumatlar yayıblar. Bildirilir ki, həmin danışıqlar nəticəsində...
ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik “Con Batçelor Şou” radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb. Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.
Əvvəlcə səfir son gərginliklər...
Son zamanlar erməni lobbiçiləri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə kimi qələmə verilməsi hallarının artması müşahidə olunmaqdadır. Eyni zamanda, ABŞ-da xristian icmasının əsas telekanalı olan CBN-də ölkəmizin tolerantlıq ənənələrini əks etdirən veriliş yayımlanıb.
Verilişdə ermənilərin münaqişəyə dini don geyindirmələrinin düzgün olmadığı bildirilib, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması, burada çoxsaylı yəhudilərin yaşaması və İsraillə yaxın əməkdaşlıq münasibətlərindən bəhs edilir.
Telekanala müsahibə verən Azərbaycanın ABŞ-dakı...
“The Jerusalem Post” qəzetində Azərbaycanda və Ermənistanda yəhudilərin yaşayışından bəhs edən məqalə dərc olunub.
Müəllif Roman Qurieviç oktyabrın 8-də Azərbaycanda yaşayan Aşkenazi yəhudilərinin Azərbaycan Ordusunun Dağlıq Qarabağ uğrundakı müharibədə qalib gəlməsi üçün bir yerə toplaşaraq dua etdiklərini bildirir.
Yazıda qeyd olunur ki, Bakının bir çox yerlərində yəhudi alimlərinin şərəfinə abidələr ucaldılıb. Bilinən bir faktdır ki, Azərbaycanda antisemitizm yoxdur.
Məqalədə ermənilərin tarixən Azərbaycanda sülh şəraitində yaşadıqları...
Moldovanın TRIBUNA informasiya portalında Kişineu Effektiv Siyasət İnstitutunun direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Silah qaçaqmalçılığı - Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı, silah alqı-satqısı və saxlanması ilə geniş məşğul olduğu qeyd olunub.
“Hərbi əməliyyatlar başlamazdan əvvəl Ermənistan Müdafiə Nazirliyinin balansında yalnız rəsmi 150 tank qeydə alınmışdır, yəni...
Fransanın “Le Figaro” qəzetinin Bakıya ezam olunmuş xüsusi müxbiri Emmanuel Qrınzpanın “Bakı Dağlıq Qarabağa necə daxil oldu” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Dağlıq Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyündən bəhs edilir.
Məqalənin müəllifi qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən 2 dəfə çoxdur. Bu gün Azərbaycan 1994-cü ildə itirdiyi 20 faiz torpağının intiqamını alır.
Bildirilib ki, Azərbaycanın Ermənistan ərazilərinə müdaxilə etmək niyyəti...
Özbəkistanın “human.uz” portalı Qarabağdakı cəbhə xəttindəki son vəziyyətlə əlaqədar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müsahibəsini yayıb.
Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışılır. Bildirilir ki, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal olunub, nəticədə 1 milyondan çox azərbaycanlı öz dədə-baba torpaqlarından qovulub. İşğal altındakı torpaqlarda azərbaycanlıların tarixi, mədəni və dini abidələri dağıdılıb və ya saxtalaşdırılıb.
Diqqətə çatdırılır ki, Ermənistan BMT Təhlükəsizlik...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib.
Ermənistanın hərbi təxribatları barədə danışan Prezidentin köməkçisi deyib ki, sentyabrın 27-də baş vermiş hadisələrə geniş vaxt çərçivəsində baxılmalıdır. 27 sentyabr hadisələri gözlənilmədən baş vermiş adi hadisələr deyil. Azərbaycan Ermənistanın belə hücum edəcəyini gözləyirdi. Belə ki, iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Azərbaycanın Tovuz rayonunda bir hadisə...
Tacikistanın “avesta.tj” portalı rus dilində azərbaycanlı müəllif Raqif Hüseynovun “Erməni terrorizmi. İdeologiyanın qanlı izləri” sərlövhəli məqaləsini verib.
Məqalədə “Erməni terrorizmi” anlayışının ilk dəfə ABŞ Dövlət Departamentinin 1982-ci ilin avqustunda buraxılan aylıq bülletenində yer aldığı deyilir. Bu konsepsiyanın yaranmasının əsas səbəbi budur ki, erməni millətçi fraksiyalarının ultramilli ideyalar əsasında formalaşdırdığı partiyalar öz məqsədlərinə çatmaq üçün terrorizmi öz siyasətlərinə daxil ediblər.
Bildirilir ki, “Hinçaq” partiyası tarixdə ilk...
İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Piero Fassinonun İtaliyanın nüfuzlu beyin mərkəzlərindən olan CeSPI-nin (Centro Studi per Politica Internazionale) internet saytında “Dağlıq Qarabağ: bizə də aidiyyəti olan münaqişə” adlı məqaləsi dərc olunub.
Italyan parlamentar məqaləsində Avropa ölkələrində sənaye, istehlak və gündəlik həyat üçün tələb olunan neft və qazın nəqlini təmin edən strateji boru kəmərlərinin keçməsi nöqteyi-nəzərindən Qafqaz bölgəsinin əhəmiyyətindən, qloballaşmanın çoxtərəfli idarə...
Almaniyanın ARD televiziya kanalında Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtər barədə hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: atəşkəsin pozulmaları” sərlövhəli məqaləsi əsasında reportaj efirə verilib.
Reportajda bildirilir ki, Sovet İttifaqının dağılmasından sonra Dağlıq Qarabağ Ermənistanın dəstəyi ilə birtərəfli qaydada “müstəqilliyini elan edib”. Qondarma “Dağlıq Qarabağ respublikası” beynəlxalq səviyyədə tanınmır və beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi hesab olunur.
Diqqətə çatdırılıb ki, sentyabrın 27-dən münaqişə yenidən alovlanıb. Ermənistan silahlı qüvvələri Tərtər...
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “BGONAİR” televiziya kanalına və “DARİK” radiosuna müsahibə verib.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini atəşə tutmasından bəhs edən N.Qurbanova təcavüzkar qüvvələrin ölkəmizin işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də yerinə yetirilmədiyini diqqətə...