26
Oktyabr

26 Oktyabr

Xarici media

Lüksemburqun “Delano” portalı bu ölkədə yaşayan azərbaycanlıların əsgərlərimizə dəstək aksiyasına dair məqalə dərc olunub.

Məqalədə Lüksemburqda keçirilən aksiyanın soydaşlarımızın ölkəmizə dəstək aksiyalarından biri olduğu və onun Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən təşkil edildiyi diqqətə çatdırılıb.

Qeyd edilir ki, azərbaycanlılar Lüksemburqun mərkəzi meydanına toplaşaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaşayış massivinin Ermənistan tərəfindən raket atəşinə tutulmasına etirazlarını bildiriblər. Qeyd ediblər ki, Ermənistanın mülki əhalini hədəfə alması nəticəsində uşaqlarda daxil olmaqla, 26 dinc sakini həlak olub.

Diqqətə çatdırılıb ki, nümayişçilər əllərində “Gəncə üçün dua edək!”, “Azərbaycana ədalət!”, “Mülki əhalini bombalamağı dayandır!” və “Uşaqlar müharibə etmir!” kimi plakatlar tutublar.

Bildirilib ki, etiraz nümayişi zamanı meydana uşaq oyuncaqları və ayaqqabıları qoyulub, həlak olan azyaşlıların xatirəsinə şamlar yandırılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.