26
Oktyabr

26 Oktyabr

Xarici media

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycanın Qubadlı şəhərinin və rayonun bir sıra kəndlərin işğaldan azad olunması barədə materiallar yayıb.

Materiallarda Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla bildirilir ki, Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.

Saytlar, həmçinin oktyabrın 25-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirə ilə bağlı xəbərlər yayıblar.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Fox News” televiziya kanalına və “Figaro” qəzetinə verdiyi müsahibələrin tam mətnləri portallar tərəfindən dərc olunub.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.