21
Oktyabr

21 Oktyabr

Xarici media

Ermənistan tərəfi yanaşmalarında destruktivlik nümayiş etdirdiyindən Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə danışmaq hələ tezdir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfərinin nəticələri ilə bağlı TASS agentliyinə müsahibəsində bildirib.

Səfir deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə bir dəvət olmayıb. “Məncə, vəziyyət hələ yetişməyib”, - deyə diplomat C.Bayramovun səfəri zamanı belə görüşün müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında qeyd edib. O əlavə edib ki, qarşı tərəf yanaşmalarda destruktivlik nümayiş etdirməyə davam edir və buna görə də bu barədə danışmaq hələ tezdir. Belə bir təşəbbüs göstərilərsə, təbii ki, lazımi qaydada nəzərdən keçiriləcək və bu barədə, əlbəttə ki, ictimaiyyətə məlumat veriləcək.

Səfir vurğulayıb ki, Azərbaycan Qarabağla bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edəcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.