21
Oktyabr

21 Oktyabr

Xarici media

İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin və digər yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən azad edilməsindən yazıb.

Bununla bağlı dərc edilən yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqa müraciətində Zəngilan şəhərinin və daha 24 kəndin azad olunduğunu elan edib.

Qeyd edilir ki, Prezident İlham Əliyev Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlıların mədəni irsini məhv etməsini pisləyib. Dövlət başçısı “Biz Böyük Qayıdış astanasındayıq”, - deyib.

"La Vanguardia" Prezident İlham Əliyevdən sitat gətirir: “Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”.

İspan nəşri bildirir ki, Zəngilan şəhəri Azərbaycanın İranla sərhədindən bir neçə kilometr məsafədə yerləşir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.