Xarici İşlər Nazirliyi
Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib
Azərbaycan Respublikası və Ermənistan Respublikası oktyabrın 18-i yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.
Bu qərar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının prezidentlərinin 2020-ci il 1 oktyabr, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr tarixli bəyanatlarına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.