17
Oktyabr

17 Oktyabr

Gəncədə istintaq-əməliyyat tədbirləri həyata keçirilir

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının...

17
Oktyabr

17 Oktyabr

Mingəçevirə atılan raketlər hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Düşmənin silahlı qüvvələri 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində...

17
Oktyabr

17 Oktyabr

Baş Prokurorluq Gəncədə ölən və yaralananlarla bağlı məlumat verib

Erməni silahlı qüvvələri tərəfindən 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub. İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin...

17
Oktyabr

17 Oktyabr

Gəncə şəhərində erməni terroru nəticəsində ölənlərin sayı 13-ə çatıb

Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən...

17
Oktyabr

17 Oktyabr

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 60 nəfər həlak olub, 270 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 60 nəfər həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır...

17
Oktyabr

17 Oktyabr

Ermənistan ordusunun Gəncəyə növbəti terror hücumu nəticəsində həlak olan 13 nəfərdən 3-ü azyaşlı, 4-ü qadındır

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Baş Prokurorluqdan veilən məlumata görə, həlak olmuş şəxlərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq isə itkin düşüb.

17
Oktyabr

17 Oktyabr

Ermənilər Ağcabədidə yaşayış məntəqəsini atəşə tutub, 1 mülki şəxs yaralanıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

17.10.2020-ci il tarixdə saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Rauf Nizami oğlu yaşadığı...

17
Oktyabr

17 Oktyabr

Kamran Əliyev: Ermənistan ordusunun təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb

"Ermənistan ordusunun təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik", Gəncədə Azərbaycandakı diplomatik korpusun rəhbərləri və hərbi attaşelər üçün təşkil edilən brifinqdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki,...