17
Oktyabr

17 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun Gəncəyə növbəti terror hücumu nəticəsində həlak olan 13 nəfərdən 3-ü azyaşlı, 4-ü qadındır

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Baş Prokurorluqdan veilən məlumata görə, həlak olmuş şəxlərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq isə itkin düşüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.