Zəfərin yolu
Oktyabrın 26-da Kaliforniya ştatının San-Fransisko və Florida ştatının Mayami şəhərlərində ABŞ-ın Azərbaycan icması üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyaları keçiriblər. Bu şəhərlərin mərkəzlərinə ABŞ-ın müxtəlif bölgələrindən gələn həmyerlilərimiz toplaşıblar.
Aksiya zamanı icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.
Aksiya iştirakçıları işğal altında olan torpaqların beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağı olduğunu vurğulayıblar.
Aksiya zamanı,...
Bişkekdə “Bir millət, iki dövlət - Azərbaycanla Türkiyənin birliyi əbədidir!” adlı dəyirmi masa keçirilib.
Qırğızıstandakı azərbaycanlıların “AZƏRİ” İctimai Birliyinin, buradakı “Ahıska Türkləri” Cəmiyyətinin və “TÜRKEL” Media Qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə paytaxtda yaşayan soydaşlarımız, müxtəlif xalqların nümayəndələri, jurnalistlər iştirak ediblər.
“AZƏRİ” İctimai Birliyinin (İB) sədri Əzizağa Əliyev tədbiri giriş sözü ilə açaraq işğal altında olan yaşayış məntəqələrimizin Azərbaycan ordusu tərəfindən...
Televiziyada dağ yəhudisi Daniel Zarbailovun çıxışını qürurla izlədim. Döyüşçü Daniel o sözləri Qırmızı qəsəbədə yaşayan bütün gənclərin dilindən söylədi. Dağ yəhudiləri də Vətən müharibəsində qardaşları ilə çiyin-çiyinə ön cəbhədə döyüşür. Bu, tarixən belə olub və bundan sonra da belə olacaq. Vətənimiz uğrunda döyüşlərdə şəhidlər vermişik və birlikdə qələbələr qazanmışıq. Dağ yəhudisi Albert Aqarunov Qarabağda Şuşa uğrunda gedən döyüşlərdə...
İsveçdəki Azərbaycan diasporu, Dağlıq Qarabağda baş verən toqquşmalar və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə qarşı edilən hücumlar barəsində yerli ictimaiyyəti məlumatlandırmaq üçün Stokholmda səssiz aksiya keçirib.
Aksiyaya toplaşan həmyerlilərimiz, Stokholmun mərkəzindəki Sergel meydanından Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına kimi səssiz yürüşlə keçərək, yerli insanların diqqətini Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız...
Azərbaycanın aqrar sahədə ixtisaslaşmış kənd təsərrüfatı texnikalarını təklif edən “4S” şirkətinin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 25 min manat köçürüb.
Bununla paralel olaraq sentyabrın 27-dən etibarən gündəlik olaraq döyüşlərin aktiv getdiyi bölgəyə İvanovka çörək zavodunda istehsal edilən yüksək kalorili çörək, eyni zamanda dərman, yağmurluq və isti geyimlər, gigiyena vasitələri, gec xarab olan qida məhsulları və sairə tələb olunan ləvazimatların...
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.
Minnesota Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib, erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə...
Şotlandiyanın Edinburq şəhərində yerləşən Skot abidəsinin qarşısında soydaşlarımız Azərbaycana dəstək aksiyası keçirib.
Aksiyada Şotlandiyanın Edinburq, Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar səsləndirilib.
Həmçinin Şotlandiyanın müxtəlif bölgələrindəki parklara və ən məşhur Fort körpüsünə (Fort Bridge) “Qarabağ Azərbaycanındır!” adlı plakatlar yerləşdirilib.