26
Oktyabr

26 Oktyabr

Orduya dəstək

“4S” şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Azərbaycanın aqrar sahədə ixtisaslaşmış kənd təsərrüfatı texnikalarını təklif edən “4S” şirkətinin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 25 min manat köçürüb.

Bununla paralel olaraq sentyabrın 27-dən etibarən gündəlik olaraq döyüşlərin aktiv getdiyi bölgəyə İvanovka çörək zavodunda istehsal edilən yüksək kalorili çörək, eyni zamanda dərman, yağmurluq və isti geyimlər, gigiyena vasitələri, gec xarab olan qida məhsulları və sairə tələb olunan ləvazimatların gündəlik göndərilməsini təşkil edir, o cümlədən bütün texniki parkını silahlı qüvvələrin istifadəsinə verir.

“4S” şirkəti artıq Almaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış ekspertlərinin iştirakı ilə işğaldan azad edilmiş vətən torpaqlarının əkinə hazırlığı sahəsində layihələrin müzakirəsinə start verib. Böyük qürur hissi ilə, işğaldan azad edilmiş ərazilərdə müasir aqrar sektorun qurulması üçün “4S” şirkəti bütün texniki və resursları ilə aktiv rol oynayacaq.

Qarabağ Azərbaycandır!

Qələbə Bizimlədir!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.