26
Oktyabr

26 Oktyabr

Orduya dəstək

ABŞ-da Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib

Oktyabrın 26-da Kaliforniya ştatının San-Fransisko və Florida ştatının Mayami şəhərlərində ABŞ-ın Azərbaycan icması üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək aksiyaları keçiriblər. Bu şəhərlərin mərkəzlərinə ABŞ-ın müxtəlif bölgələrindən gələn həmyerlilərimiz toplaşıblar.

Aksiya zamanı icma üzvləri Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağı olduğunu vurğulayıblar.

Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat verilib. San-Fransiskoda həmyerlilərimiz 23 metrlik Azərbaycan Dövlət Bayrağını dalğalandırıblar.

Eyni zamanda, Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləməsinə görə təşəkkürlərini bildiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.