26
Oktyabr

26 Oktyabr

Orduya dəstək

Bişkekdə Azərbaycanla Türkiyənin birliyinə həsr olunmuş tədbir təşkil edilib

Bişkekdə “Bir millət, iki dövlət - Azərbaycanla Türkiyənin birliyi əbədidir!” adlı dəyirmi masa keçirilib.

Qırğızıstandakı azərbaycanlıların “AZƏRİ” İctimai Birliyinin, buradakı “Ahıska Türkləri” Cəmiyyətinin və “TÜRKEL” Media Qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə paytaxtda yaşayan soydaşlarımız, müxtəlif xalqların nümayəndələri, jurnalistlər iştirak ediblər.

“AZƏRİ” İctimai Birliyinin (İB) sədri Əzizağa Əliyev tədbiri giriş sözü ilə açaraq işğal altında olan yaşayış məntəqələrimizin Azərbaycan ordusu tərəfindən azad edilməsi, Ermənistanın Gəncə, Mingəçevir şəhərlərini, o cümlədən rayon və kəndlərimizi raket atəşinə tutması haqqında məlumat verib.

O deyib ki, Gəncənin raket atəşinə tutulması nəticəsində dağıntılar, ölənlər və yaralananlar var.

Ə.Əliyev bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində torpaqlarımızın əhəmiyyətli bir hissəsi düşməndən təmizlənib, digər ərazilərimizin də düşmən tapdağından azad olunacağı günə az qalıb.

İB sədri deyib ki, bu uğurların qazanılmasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş türk xalqının mənəvi dəstəyi böyükdür.

“TÜRKEL” Media Qrupunun prezidenti Hökümə Xəlilova qeyd edib ki, 1990-cı illərdən başlayaraq terrorçu Ermənistanın və havadarlarının dəstəyi ilə Azərbaycanın şəhər və kəndlərində müxtəlif terror aktları həyata keçirilib, Xocalı faciəsi törədilib. BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Bu sənədlərin icrası indiyədək yerinə yetirilməyib. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həll olunmasına ümid edib, lakin bir qarış torpaq da verilməyib. Münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 il ərzində görə bilmədiyi işi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri görür.

“Ahiska Türkləri” Cəmiyyətinin sədri Atamşa Dursunov, Qırğızıstanın ictimai xadimi Anarbek Usupbayev və başqaları bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etməsi Azərbaycan xalqının haqq işidir. Ermənistanın Azərbaycanın şəhər və kəndlərini, dinc əhalisini raket atəşinə tutması isə vandalizmdir.

Tədbirin sonunda Azərbaycan və Türkiyə prezidentlərinə müraciət qəbul edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.