26
Oktyabr

26 Oktyabr

Orduya dəstək

Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.

Minnesota Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib, erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti ölkəmizin haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiya iştirakçıları Azərbaycanın dövlət himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.