Orduya dəstək
“Qazandığım mükafatı əsgərlərimizə göndərəcəyəm” - Çempion
"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".
Bunu Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
İdmançı bildirib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: “Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini məğlub edən Olimpiya mükafatçısı qürurla əsgər salamı verib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.