Orduya dəstək
İzmirin mərkəzində Azərbaycan bayrağı dalğalanır
Türkiyədə Azərbaycana qardaş dəstəyi davam edir. Bələdiyyələr, dövlət qurumları, ictimai təşkilatlar, özəl müəssisələr bu və ya digər formada ölkəmizə və xalqımıza qardaş sevgisini nümayiş etdirirlər. Ən böyük dəstək isə Azərbaycan bayrağına göstərilən ehtiramdır.
İzmirin Əliağa rayonunun mərkəzində nəhəng Azərbaycan bayrağının asılması da bu cür dəstək aksiyalarından biridir. Yerli sakinlər bunu böyük məhəbbətlə qarşılayıblar. İndi üçrəngli bayrağımızın dalğalandığı ərazi rayonun ən cəlbedici məkanlarından birinə çevrilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.