25
Oktyabr

25 Oktyabr

Orduya dəstək

Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etirazlarını bildiriblər

Kanadanın Vankuver şəhərindəki azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin (“Network of Azerbaijani Canadians”) texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, "Vancouver Public Library" meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun”, “Gəncə üçün dua et”, “Erməni terroruna son” kimi şüarlar səsləndirilib.

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.