12
Oktyabr

12 Oktyabr

Orduya dəstək

Bakı Gənclər Mərkəzi “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb

Bakı Gənclər Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

Mərkəzdən bildiriblər ki, layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstək nümayiş etdirmək, eyni zamanda, diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, gənclərimizin hər an cəbhəyə getməyə hazır olmasına yönəltməkdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.