12
Oktyabr

12 Oktyabr

Orduya dəstək

İdmançılardan Ordumuza dəstək

Fövqəladə Hallar Nazirliyinin sıralarında xidmət edən tanınmış idmançıların iştirakı ilə ordumuza dəstək məqsədilə videoçarx hazırlanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.