12
Oktyabr

12 Oktyabr

Orduya dəstək

“Asfarma Dərman Sənaye Ltd” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) üzvü “Asfarma dərman sənaye LTD ŞTİ” MMC firması işğal altında olan torpaqlarımızın azad olunması naminə gedən döyüş günlərində ordumuzun yanında olduğunu bildirərək, onlara dəstək olmaq məqsədilə ümumi məbləği 114 min 430 AZN olan dərman preparatları göndərib.

Bu barədə “Asfarma dərman sənaye LTD ŞTİ”dən bildirilib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.