30
Sentyabr

30 Sentyabr

Könüllülük

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına qoşulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.

Xatırladaq ki, “ASAN xidmət”də şəhid ailələrinin 30-dan çox üzvü və 15 nəfər qazi çalışır.

Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayırıq.

Biz zəfər çalacağıq!

Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.