Könüllülük
Könüllülər cəbhəyə böyük coşqu ilə yola salınıblar
Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə gedən könüllü gənclər cəbhəyə yola salınıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında toplaşan valideynlər övladlarını alqışlarla yola salıb, onlara bu şərəfli yolda uğurlar arzulayıblar.
Könüllülər işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edəcəklərinə söz veriblər.
Onların valideynləri və yaxınları isə işğal olunmuş ərazilərimizin düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi hərbi əməliyyatdan qürur duyduqlarını bildirirlər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.