
Zəfərin yolu
Döyüşlərdə ciddi itkilər verən və panikaya düşən Ermənistan tərəfi çıxış yolunu informasiya məkanında təxribatlarda görür. Erməni mətbuatı türkiyəli məşhurların hərbi formada olan fotolarını yayaraq onları Azərbaycanın "şəhidləri" kimi təqdim edir.
Hətta Ermənistanın ictimai radiosu tanınmış müğənni Sərdar Ortac və məşhur türkiyəli fenomen aşpaz Burak Özdemiri də Azərbaycan hərbçiləri kimi təqdim edərək onların guya "şəhid" olduğunu bildirib.
Müdafiə Nazirliyi növbəti dəfə erməni yalanının üstün açıb. Nazirliyin yaydığı məlumatda deyilir ki, Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.
"Tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub. Humanitar atəşkəs rejiminə əməl edən...
Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə...
Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq bu ölkənin ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.