İnformasiya müharibəsi
Erməni mediası Sərdar Ortacı “şəhid” kimi təqdim edib
Döyüşlərdə ciddi itkilər verən və panikaya düşən Ermənistan tərəfi çıxış yolunu informasiya məkanında təxribatlarda görür. Erməni mətbuatı türkiyəli məşhurların hərbi formada olan fotolarını yayaraq onları Azərbaycanın "şəhidləri" kimi təqdim edir.
Hətta Ermənistanın ictimai radiosu tanınmış müğənni Sərdar Ortac və məşhur türkiyəli fenomen aşpaz Burak Özdemiri də Azərbaycan hərbçiləri kimi təqdim edərək onların guya "şəhid" olduğunu bildirib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.