Media
Gürcüstanın aparıcı report.ge, pia.ge, 24news.ge, aktual.ge, kvirispalitra.ge, gaxa.ge və digər informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə müsahibələrindən geniş materiallar yayır.
Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, Azərbaycan Ordusunun əks-hücum nəticəsində qazandığı uğurlar, eləcə də münaqişənin sülh yolu ilə həlinin mümkün variantları ilə bağlı fikirləri yer alıb.
Gürcüstan KİV-lərində Azərbaycan Prezidentinin çıxışları sülhsevər liderin çağırışları kimi şərh edilir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.