07
Oktyabr

7 Oktyabr

Media

Özbəkistanın “qalampir.uz” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsi ilə bağlı özbək dilində iki məqalə dərc edib.

Materiallarda Cəbrayıl şəhərinin və bir sıra kəndlərin işğaldan azad olunması, torpaqlarımızın boşaldılması ilə bağlı 30 ilə yaxın danışıqlar aparılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi, 1994-cü ildən atəşkəsin qüvvədə olması, xarici ölkələrdə yaşayan ermənilərin bu müharibəyə cəlb edilməsi və digər taleyüklü məsələlərə aydınlıq gətirilir.

“İslamonline.uz” portalı isə səhifəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə görüşməsi haqqında məqalə yerləşdirib.

Görüşdə Mövlud Çavuşoğlu Ermənistanın Dağlıq Qarabağdakı təxribatları, Azərbaycanın əks-hücum əməliyyatları keçirməsi, işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərini, yaşayış evlərini atəşə tutması və bunun nəticəsində günahsız dinc əhalinin qətlə yetirilməsi və yaralanması haqqında məlumat verib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.