07
Oktyabr

7 Oktyabr

Media

Malayziyanın dövlət informasiya agentliyi BERNAMA Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını yayıb.

Məlumatda Azərbaycanın dövlət başçısının Rusiya Prezidentini doğum günü münasibətilə təbrik etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan Prezidenti Vladimir Putinə cansağlığı və Rusiyanın inkişafı naminə dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Rusiya Prezidenti azərbaycanlı həmkarına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı iki ölkə liderlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı davam edən gərginlik barədə müzakirələr apardıqları da bildirilir.

Qeyd edilir ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi də aparıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.