07
Oktyabr

7 Oktyabr

Media

Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış hərbi gərginliyə, eləcə də Prezident İlham Əliyevin gündəlik iş fəaliyyətinə geniş yer verməkdədir.

Qardaş ölkə KİV-ləri Azərbaycan dövlət başçısının son günlər daha intensivləşən müsahibələri, dünya liderləri ilə təmasları, münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi, düşmən tərəfə ünvanlandığı sərt mesajları, cəbhədəki vəziyyəti, işğalçı ölkənin təxribatları, eləcə də Azərbaycanın dinc əhalisi, mülki obyektlərin və infrastrukturun hədəf alınması, PKK terrorçularının düşmən tərəfindən xalqımıza qarşı döyüşməsi və s. fasiləsiz olaraq türkdilli ictimaiyyətə çatdırırlar.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, CNN Türk telekanallarının, habelə “Akşam”, “Təqvim”, “Sözçü” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.