17
Oktyabr

17 Oktyabr

Media

Prezident İlham Əliyevin oktyabrın 17-də Azərbaycan xalqına müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Bəzi telekanallar müraciəti canlı yayımla təqdim edib.

Prezident İlham Əliyevin Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad olunması barədə verdiyi məlumat Türkiyə KİV-lərində sürətlə yayılıb. O cümlədən dövlətimizin başçısının fikirləri ayrıca xəbərlər kimi ictimaiyyətə çatdırılıb.

Məlumatları Anadolu, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, CNN Türk telekanalları, “Akşam”, “Milliyyət”, "Yeni şafak", “Yeni çağ”, “Yeni akit” və s. qəzetləri, həmçinin bir sıra xəbər portalları yayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.