Media
Gürcüstan saytları Azərbaycanın rəşadətli Ordusunun daha bir qələbəsindən yazır.
Geniş oxucu kütləsinə malik report.ge, 24news.ge, pia.ge, aktual.ge, sputnik-georgia.ru informasiya agentlikləri Azərbaycan Prezidenti İlham Əliyevə istinadla Füzuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin erməni işğalından azad olunması barədə məlumatı oxucuların diqqətinə çatdırıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.